Sabah şaxta olacaq

"Dekabrın 9-dan 10-na keçən gecə Bakıda və Abşeron yarımadasında axşam və səhər hava şəraitinin çiskinli olacağı, gün ərzində dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir. Gün ərzində arabir güclənən cənub-qərb küləyi əsəcək". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, paytaxtda və yarımadada havanın temperaturu gecə 0-4, gündüz 6-9 dərəcə isti olacaq: "Sabah ölkənin rayonlarında əsasən yağmursuz hava şəraiti olacaq. Lakin gecə və səhər bəzi yerdə duman olacağı, cənub-şərq rayonlarında isə az yağıntılı olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, bəzi yerlərdə 10-15 dərəcə, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə