Fiziki qüsurlu uşaqlar üçün avtobus turu həyata keçirilib

Fiziki qüsurlu uşaqlar üçün avtobus turu həyata keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fiziki qüsurlu uşaqlar üçün "Sərhədsiz İmkanlar" layihəsi çərçivəsində Mingəçevir, Ağcabədi rayonlarında avtobus turu həyata keçirilib. SİA-nın məlumatına görə, iki ay davam edəcək layihənin keçirilməsində əsas məqsəd əlil insanların sosial həyata inteqrasiyası, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, sağlam həyat tərzinin təbliğinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Layihə çərçivəsində xüsusi təlimatlandırma xarakteri daşıyan avtobus turunda təşviqat və təbliğat qrupları,xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak edib. Daha sonra fiziki qüsurlu uşaqlar tərəfindən flaşmob nümayiş olunub və ardinca əyləncəvi tədbirlər həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə