Dünən axşam saat 21:00 radələrində Bakının Qaradağ rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. VAZ 015 markalı maşınla Mercedes markalı maşın toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
SİA-ya daxil olan məlumata görə, VAZ 015 markalı maşının sürücüsü Rafiq cəmi 2 saat imiş ki, maşın alıb. Dostları ilə yeyib içən Rafiqin sevinci cəmi 2 saat çəkib. Mercedes markalı maşın yüksək sürətlə VAZ 015-ə çırpılıb və alıdığı ağır xəsarətlər nəticəsində Rafiq yerindəcə dünyasını dəyişib, dostları isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB