Parisdə təşkil edilcək yarmarkada Azərbaycan ilk dəfə təmsil olunacaq

Parisdə təşkil edilcək yarmarkada Azərbaycan ilk dəfə təmsil olunacaq

Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Fransada fəaliyyət göstərən "Ulduz" Assosasiyasının dəstəyi və Parisdəki " Azərbaycan evi"nin təşəbbüsü ilə Trokadero meydanında təşkil edilcək " Milad şəhərciyi" satış-yarmarkada ölkəmiz ilk dəfə təmsil olunacaq.

2013-cü il dekabrın 12-dən 2014-cü il yanvarın 5-dək davam edəcək satış-yarmarkada "Azərbaycan evi"nin yeni layihəsi Azərbaycanı və müxtəlif çeşidli məhsullarını fransızlara yaxından tanıtmaq məqsədi daşıyır. İyyirmi milyondan artıq fransızın və qonaqların iştirakı nəzərdə tutulan yarmarkada " Azərbaycan evi" nin əməkdaşları tərəfindən geniş çeşiddə zəngin milli mətbəximizin nümunələri, müxtəlif hədiyyələr, milli bəzək əşyaları təqdim olunacaq, ölkəmizin, tarixini, mədəniyyətini, turizm imkanlarını, təbiətini əks etdirən kitablar və broşüralar paylanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə