Macarıstanın Eger şəhərində keçirilən Cüdo üzrə Avropa Çempionatında, Azərbaycanı təmsil edən idmanın cüdo növü üzrə milli paralimpiya komandası vətənə dönüb. Bu yarışda iştirak edən sumqayıtlı İlham Zəkiyev 5 qat Avropa çempionu olub.
SİA xəbər verir ki, 5 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmış yığma komandamız çempionatın finalında Ukrayna yığmasına qalib gələrək 1-ci yerə tutub.
Avropa çempionatına müxtəlif çəki dərəcəsi üzrə 16 nəfər idmançımız qatılıb. Onlardan beş nəfər gənc paralimpiyaçı ilk dəfə olaraq belə mötəbər yarışda iştirak ediblər.
Xatırladaq ki, İlham Zəkiyev 100 və daha artıq çəki dərəcəsi üzrə ikiqat paralimpiya (2004, 2008) ikiqat dünya (2007, 2010) və beşqat Avropa çempionudur (2005, 2007, 2009, 2011, 2013). 2012-ci ildə Londonda keçirilən Paralimpiya Oyunlarının bürünc medalçısı olub. Sumqayıtlı idmançı "Şöhrət" ordeni, "Tərəqqi" medalı, Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar" mükafatlarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB