Sabah Bakıda və rayonlarda sulu qar, bəzi yerlərdə qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 9-da hava şəraitinin soyuq, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, dekabrın 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə