“Xalqa bağışlanan ömür"

Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon İcra Hakimiyyətinin akt zalinda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda rayon orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib. İdarədən SİA-ya verilən xəbərə görə, musabiqədə 34 məktəb iştirak edib.

Nəticələrə görə I yerə Bağırova Fəridə (104 saylı tam orta məktəb), II yerə Vahabzadə Ayla (290 saylı tam orta məktəb), III yerə isə Hümbətova Rəviyə ( 282 saylı tam orta məktəb) layiq görülüblər.

I, II, III yerləri tutan və fəqlənən məktəblilər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə