Gənclər və idman naziri cənab Azad Rəhimov 17 dekabr 2013-cü il tarixdə Quba şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Quba Mədəniyyət evində (Quba şəhəri, Heydər Əliyev prospekti, 165) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 9-dan 16-dək müvafiq rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər. Qəbul üçün vətəndaşların qeydiyyatı göstərilən tarixlərdə, saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB