Britaniya rəsmiləri Ombudsmanda olublar

Britaniya rəsmiləri Ombudsmanda olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Böyük Britaniyanın Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının insan hüquqları üzrə məsul əməkdaşı xanım Nadia Hardman, Böyük Britaniyada vəkillik fəaliyyəti ilə məşğul olan cənab Erik Metkalfe və xanım Coanna Baklini qəbul ediblər. Qurumun mətbuat xidmətndən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi Ombudsman təsisatının fəaliyyəti ilə tanışlıqdan ibarət olub.

Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev Ombudsman təsisatının yaranma tarixi, müvəkkilin mandatı, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin N. Hardman 1947-ci ildə yaradılan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının fəaliyyəti barədə danışıb və təmsil etdiyi qurumun dünya üzrə beynəlxalq hüquqşünasları, hüquqşünaslar assosiasiyalarını və hüquq cəmiyyətlərini birləşdirən ən mötəbər təşkilat olduğunu vurğulamış, həmin təşkilatın dünyada hüquq fəaliyyətinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğunlaşdırılması və inkişafına öz səmərəli töhfəsini verdiyini söyləyib.

"Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) təsdiq edildiyi, bu Proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi Qrupunun fəaliyyətinə rəhbərliyin Ombudsmana tövsiyə olunduğu bildirilmişdir. Bu Proqramda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi, qarşıda duran vəzifələrin icra mexanizmlərinin müzakirəsi məqsədilə Müvəkkilin ölkənin bütün rayonlarında ictimai dinləmələr keçirdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə