ARGTMŞ Türk dünyası Ölkələrinin I iş adamları toplantısında iştirak edib

ARGTMŞ Türk dünyası Ölkələrinin I iş adamları toplantısında iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini və eyni zamanda Dünya Türk Gənclər Birliyinin Azərbaycan Heyətinin rəhbəri Mirhəsən Seyidov Türk Dünyası Ölkələrinin I İş Adamları toplantısında iştirak edib. Təşkilatın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən tədbirdə iştirakçı qismində 30-dan çox türk ölkəsindən 200-dən çox nümayəndə çıxış edib.

Türk ölkələri gənc iş adamlarını bir araya gətirən tədbirin əsas məqsədi, türk ölkələri arasında mövcud sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi və türk ölkələri gənc sahibkarlarının fəaliyyətləri ilə bağlı müzakirələr aparmaq və yeganə iş adamları platformasının yaradılması idi.

Tədbirin ilk günündə heyət rəhbərlərinin çıxışları həyata keçirilib. İkinci gün isə bir sıra tanınmış iş adamlarının moderatorluğu ilə müxtəlif müzakirələr həyata keçirilib və tədbir sonundə yeni yaradılacaq Türk Dünyası İş Adamlarının təşkilatı Azərbaycanlı gənc iş adamlarının da iştirakı ilə təsis edilmiş və vahid nizamnaməsi qəbul olunub.

Qeyd edək ki, ARGTMŞ 2006-cı ildə yaradılan Dünya Türk Gənclər Birliyinin həmtəsisçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə