Deyəsən, Milli Şura nağılı artıq sona yetir. Və ya, bu nağılın səhifələri zaman ötdükcə seyrəlir, köhnəlir, marağı azalır, qəhrəmanları isə yoxa çıxır. Hətta çoxdan bəri intizarında olduqları 3 alma belə artıq göydən yerə düşmüş durumda. (Səhv etmirəmsə dünən günorta saatlarında) Biri İbrahimbəyovun, digəri Eldar Namazovun, o biri isə Rəsul Quliyevin başına. Bəli, bu başlar belədir: Heç nə olmayanda almaya, külə və daşa yarayır. Amma deyim ki, aralarında bir baş da var, yalnız xoşbəxtlik quşunu qəbul edir. O da ki, tranzitlə...
Cəmil Həsənli! Bu adam haqqında gedir söhbət. Xoşbəxtlik quşu gəlib qonub başına. Cənab professoru "Milli Şura"ya sədr gətiriblər. Seçiblər yox, məhz gətiriblər - eynən dediyim kimi, Rusiyadan tranzitlə. Təxminən gözəllik müsabiqəsində tac qoydu mərasiminə bənzəyən bir şey olub. Əsas jüri Moskvadan diktə edib, burdakılar isə şahənşahın əmri ilə aralarındakı ən gözəl olanı seçiblər...
Uğurlu və xeyirli olsun! Necə deyərlər, sağ əli və sol ayağı - yerində gözü qalanların başına. Amma Allah tərəfi, etiraf etmək lazımdır ki, Cəmil bəydən öncə sədr postunu tutan İbrahimbəyov da "Milli Şura"naminə çox işlər görüb. Elə ancaq Prezident seçkiləri ərəfəsində bu adam 3 dənə klip və Dağıstanın hansısa şairi haqqda sənədli film çəkib. Həm də bu qədər qısa müddətə. Hətta xatırlayıram, İbrahimbəyov seçkinin ən ən kritik dövründə media təmsilçilərindən birinin ona ünvanladığı"Mili Şura"da vəziyyət necədir?"- sualına,"Hazırda montajdayam, siyasətlə məşğul olmağa vaxtım yoxdur"- deyə "mükəmməl "bir cavab vermişdi. Təbii, indi estafet də bu cür mötəbər adamdan sonra sıradan birinə dövr ala bilməzdi. Və almadı da. Beləcə sədr postuna debatlardan yaxşı tanıdığımız istedadlı aktyor - Cəmil Həsənli gətirildi...
Bu təyinatın ardınca isə Eldar Namazov dərhal bəyan etdi ki, mən artıq sizinlə oynamıram. Getdim özümə yeni dostlar axtarmağa. Adam heç "kantrabas pulu"nu belə istəmədi. Yalnız Aparat rəhbərliyindən istefa verdiyini söylədi...Hər halda ürək varmış Namazovda-o boyda vəzifədən imtina eləmək üçün. Və ya görəsən hansı aparatdan gedir söhbət?!
"Milli Şura"nın ofisi belə yoxdur. Telefon, faks aparatı, hətta kofe aparatı belə yoxdur. Amma nə qəribədir ki, icra aparatı var. Hardadır, necədir, nə rəngdədir, ağacdadırmı, qamışlıqdadırmı, damdadırmı, yoldadımı? - bu haqqda isə məlumatı olan yoxdur. Demək ki, adamlar təmizliyə, şəffaflığa o qədər aludə olublar ki, görünməz hala qədər gəlib çıxıblar...
Və məsələ ilə bağlı son bir nüans: Namazov getsə ortalıqdakı"papka"ların taleyi necə olacaq? Onları kim daşıyacaq? Bildiyim qədər Eldar müəllim bu sahədə özündən sonra varis-filan da yetişdirməyib. Yaxşı o zaman eyni adlı sahəni bundan sonra "Milli Şura"da kim kurasiya eliyəcək?
Anonimlər, danoslar, hakimiyyət haqqında iftira və şantaj dolu məlumatların yer aldığı sənədlər... Bu boyda kağız-kuğuzu öz təyinatı üzrə daşımaq sizə zarafat gəlməsin e. Əməlli-başlı məsuliyyətdir bu.
***
"Milli Şura"nın son tədbirində ən maraqlı açıqlama isə İsa Qəmbərdən gəlib. Başqan Rüstəm bəyin "fəxri sədr"məsələsinə xitabən belə bir heyrətamiz fikir səsləndirib: "Əgər bundan sonra da Milli Şuranın rəhbəri bir başqa ölkənin vətəndaşı olacaqsa, o zaman gələcək fəaliyyətimizlə bağlı artıq ciddi-ciddi düşünməmiz lazım"
Deyim ki, elə bu cümlədə ən çox da ciddi eyhamını sevdim. Niyə? Çünki, əsl İsa Qəmbər üçün yaranıb, onun boyu üçün biçilib. Və ya, insan bu qədərmi boş, bu qədərmi qeyri-səmimi olar? 5 aydı harda idi İsa Qəmbər? Sinqapurda "Dini Ocaqlar cəmiyyəti"ninmi üzvü idi? Yoxsa Hindistanda "Braxmanlar federasiyası"nınmı? Həmin Milli Şuradır da. Tərkibində olduğu və İbrahimvəyovun liderliyini bəh-bəhlə
qəbul etdiyi Mili Şura! İndi nə dəyişdi, nə baş verdi ki, başqan bu cür fövqəladə qərarlar verməyə məcbur oldu?
Hələ durduq yerdə Rəsul Quliyevin mitilini atıblar bayıra. Nə var-nə var adam təşkilat əleyhinə sərt açıqlamalar verirmiş. Versin də. Ürəyi istəyən qədər versin həm də. Guya təşkilatmı var ortalıqdada? Yoxsa Rəqul Quliyevin özümü var? Onsuz da Allah vurub da bu adamı. Gərək elə siz də vurasız?
Bir başqa tərəfdə isə Əli Kərimli öz "bəlağətli" və "füsnkar" nitqində görün nələr söyləyir: "Biz faktiki olaraq seçkidə məğlubiyyətimizi öncədən bilirdik. Hətta buna hazır idik. Amma daha önəmli olan mənəvi qələbə idi və biz onu qazandıq!"...
Bunların deyəsən damı gerçəkdən uçub. Artıq nə danışdıqlarının belə fərqində deyillər. Hətta bir azdan qayıdıb desələr ki, Mərkəzi Seşki Komissiyası bir də mənəvi etallonlarla seçki düzənləməldi - düşünürəm artıq buna da kimsə heyrət eləməz. Amma madam ki, söhbət mənəviyyatdan düşüb o zaman həmin radikal ünsürlərə Əli Kərimli timsalında bir xatırlatmanı da mən edim: Sizin elə ancaq Elçibəyə etdiyiniz xəyanətlər kifayətdir ki, ömrü boyu dilinizə mənəviyyat sözünü gətirməyəsiz! Və ya bu dövləti hakimiyyətdə olduğunuz 1 il ərzində rəzil günə qoymanız yetərlidir ki, mənəvi məsələlərdən danışanda ürəyiniz qalxsın, könlünüz bulansın!
***
"Mili Şura"nın qət-təzə sədri Cəmil Həsənli isə Universitetdən qovulub. Mətbuatın yaydığı məlumat belədir. Adam dərsə gəmirmiş, dərslərini oxumurmuş və yetərli sayda da qayıbları var imiş. Hətta deyilənə görə ilk öncə ağsaqqalını axtarıblar ki, tənbeh və iradları onun diqqətinə çatdırsınlar. Ən sonda da məlum olub ki, ağsaqqal İbrayimbəyovdur. Ona da nə desinlər? Necə tapıb desinlər?!
Bu yenə yaxşıdır heç olmasa dərsə gəlmir, o biri ümumiyyətlə ölkəyə gəlmir....
Və nəhayət son bir məsələyə toxunmaq istəyirəm: Milli Şuranın tədbirlərində ən çox pisimə gələn nədir? O qabaqda oturan məmunsuz və yedək partiya sədrləri. Elə də sevincək otururlar, elə də xoşbəxt sima alırlar , sanki dünyanın taleyi bunlarlıqdı. Nə soruşan var kimsən, nəçisən, bura niyə gəlmisən, filan məsələ ilə razısan, razı deyilsən? Heç nə! Ancaq arada qaşlar qalxıb-düşür, bir də sifətdə mimikalar işləyir. Vəssalam.
Bunlar nə vaxt hakimiyyətə gələsi, vəzifə alası, pul qazanası, millət üçün çalışası. Uzun söhbətdir e. Allah səbr versin.
Və tam səmimi deyirəm: Belə unikumları görəndən sonra intuitiv olaraq bilirsinizmi nə düşünürəm?, Allah adamı bu cür siyasətçi yaradacağına, elə marakon zavodunda makaronlara deşik açan yaratsın-Vallah bundan min dəfə daha yaxşı və daha karlı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB