Azərbaycanda 1000 nəfərdən çoxu hemofiliya, 1300 nəfərə yaxını talassemiyadan əziyyət çəkir

Azərbaycanda 1000 nəfərdən çoxu hemofiliya, 1300 nəfərə yaxını talassemiyadan əziyyət çəkir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Ümid verən kəlmə" layihəsi çərçivəsində daha bir tədbir "Mərkəzi Qan Bankı"nda həyata keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir qanvermə, irsi qan xəstəlikləri ilə bağlı təlimdən və qanvermə aksiyasından ibarət olub. Təlim və aksiyada ali və orta ixtisas müəssisələrinin tələbələri iştirak edib.

Hazırda Azərbaycanda irsi qan xəstəliklərindən əziyyət çəkən 1000 nəfərdən çox hemofiliyalı, 1300 nəfərə yaxın talassemiyalı xəstə və yüzlərlə leykos xəstəliyindən əziyyət çəkən insanlar vardır ki, onların qana və qandan hazırlanan dərman peraparatlarına, həmçinin mənəvi və psixoloji dəstəyə olan ehtiyacları gün-gündən çoxalmaqdadır. Dünyada talassemiyanın ən çox yayıldığı ölkələrdən biri Azərbaycandır. Xəstənin Hb-nin səviyyəsindən asılı olmayaraq müntəzəm olaraq hər 3-4 həftədən bir qandan ayrılan eritrosit kütləsi vurulur. Normal halda eritrositlərin yaşama müddəti 120 gün olduğu halda, talassemiyalı xəstələrin eritrositləri 4-5 gün yaşayır.

Təlimdə gənclərə qanvermənin xeyirləri, qan verərkən nələrə diqqət edilməli, qanvermə əməliyyatının necə aparılması kimi məlumatlar verilib. Təlimdən dərhal sonra qanvermə aksiyası təşkil olunub. Qan verməyi arzulayan Tələbələr müvafiq tibbi yoxlanışdan sonra aksiyada uğurla iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə