Qərib Məmmədov Gəncədə vətəndaşları qəbul edib

Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə qərb bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbulda komitə sədri ilə yanaşı, 6 rayon üzrə ərazi idarələrinin nümayəndələri də iştirak edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, müraciətlərin əsasını torpaqların qeydiyyata alınması, mübahisəli ərazilər, həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi, Rusiya və digər xarici ölkələrdə yaşayan şəxslərin torpaq islahatları zamanı adlarının yerli aqrar islahat komissiyası tərəfindən səhv siyahıya alınması kimi şikayətlər təşkil edib. Komitə sədri müraciətlərin nəzarətə götürülərək həll olunacağını qeyd edib. Qəbul zamanı bir çox vətəndaşa mülkiyyətində olduğu torpaqların sənədləri də təqdim olunub.

Ilham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...