"Hökumət qiymət artımında deputatları pis vəziyyətdə qoydu"

"Hökumət qiymət artımında deputatları pis vəziyyətdə qoydu"

"Bu gün Azərbaycanda gərginlik yaratmaq istəyən insanlar var. Mən Azərbaycan dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı istər maliyyə naziri Samir Şərifovdan, istərsə də iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovadan dəfələrlə soruşdum ki, qiymət artacaqmı? Onlar mənə dəflərlə qiymətlərin qalxmayacağını əminliklə bildiriblər. Axırı nə oldu? Qiymətlər qalxdı, bu da xalqın narazılığa səbəb olub. Bununla hökumət deputatları pis vəziyyətdə qoydu. Çünki əhali ilə birbaşa işləyən bizlərik. Bu da böyük narazılığa səbəb olub". SİA-nın məlumatına görə, bunu parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Ölkədəki son qiymət artımına etiraz olaraq öz narazıçılığını bildirən millət vəkili: "Dövlət məmurları deyir ki, son 5 ildə Azərbaycanda qiymətlər qalxmır. Onlar bu qiymət artımını belə izah edir ki, son 5 ildə ölkədə qiymətlər artmır. Düşünürəm ki, heç 15 il də keçsə qiymət artırılmamalıdır. Keçən dəfə uşağı mağazaya göndərmişəm, Baxıram ki, ərzaq məhsullarının qiymətində 25-30% artım var".

Benzinin qiymətindəki artımdan da danışan millət vəkilinin fikrincə, hökumət bu məsələyə mütləq yenidən baxmalı və bu sahəyə cavabdeh olan insanlar millət vəkillərinə aydınlıq gətirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə