Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident İlham Əliyevin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" sərənacmının icrası zamanı bu sahənin mediada işıqlandırılması zamanı ortaya çıxan problemlərin aradan qaldırılması məqsədilə jurnalistlər üçün seminar təşkil olunub. SİA-nın məlumatına görə, "Sosial təhlükəli vəziyyətdə olan uşaqların problemlərin həllində medianın rolu adlı seminarda" millət vəkili Etibar Babayev, teleaparıcı Emin Musəvi və Nərgiz Cəlilova, bir sıra QHT və Kİ nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən teleaparıcı Emin Musəvi məlumat verib ki, ölkə başçısının sərəncamı əsasında Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sosial Ximətlər Haqqında" qanuna müvafiq olaraq ilk dəfə sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirlməsi üçün müsabiqə keçirilib cə müvagiq sahələr üzrə ixtisaslaşmış 19 təşkilat qalib gəlib.
Onun sözlərinə görə, nazirlik tərəfindən icra edilən layihələr təxminən 1390 nəfər sağlamlıq imkanları məhdud uşaq və onların ailələrini, 240 nəfər dövlət uşaq müəssisələrinə düşmə riski yüksək olan uşaq və onların ailələrini, 810 nəfər sosial təhlükəli vəziyyətdə olan uşaq və onların ailələrini əhatə edir.
Seminarda çıxış edən Ümidli Gələcək Gənclər Təşkilatının sədri Kəmalə Aşumova təmsil etdiyin qurumun bu sahədə gördüyü işləri haqqında məlumat verib. O deyib ki, qurum bu sahə ilə bağlı bir neçə layihə həyata keçirib. Bu istiqamətdə media ilə görüşün mühüm əhmyyətə malik olduğunu deyən K.Aşumova vurğulayıb ki, seminar uşaq problemlərinin mediada işıqlandırılması ilə bağlı problemlərin həllinə təkan verəcək:" Jurnalistlər cəmiyyətin gözü, qulağıdır. Problemlərin media vasitəsilə işıqlandırılması nəticəsində bir sıra problemlərin həllinə şərait yaradır. Lakin bəzən problmlər lazımi səviyyədə işıqlandırılmır. Hər hansı bir uşağın probleminin nöqsanlı işıqlandırılması həmin psixoloji travma almasına gətirib çıxarır. Bu da həmin uşağın cəmiyyətə inteqrasiya olunmasına mane olur. Azərbaycan uşaq hüquqları ilə bağlı qanunu ratifikasiya etsə də Somali və ABŞ-da hələ də ratifikasiya olunmayıb".
Daha sonra tədbirdə uşaqların problemlərinin həlli istiqamətində iki video rolik təqdim olunub.
Seminar müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB