Qadın zorakılığı regionlarda da müzakirə olunub

Qadın zorakılığı regionlarda da müzakirə olunub

"Azərbaycanın əyalətlərində insanların düşüncələrində dəyişiklik etməklə Məişət Zorakılığı ilə Mübarizə" layihəsi çərçivəsində Saatlı, İmişli və Sabirabad rayonlarında ilk dəyimi masa müzakirələrinə start verilib.

SİA-nın məlumatına görə, yerli icra hakimiyyəti və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon mərkəzlərinin dəstəyi və yaxından iştirakı ilə hər üç rayonda keçirilən bu tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, bələdiyyə, səhiyyə və təhsil şöbəsinin əməkdaşları,Gənclər Mərkəzi, Gənclər və İdman Nazirliyinin rayon şöbələrinin nümayəndələri, din nümayəndələri, yerli QHT nümayəndələri, fəal icma sakinləri, gənclər və digər aidiyyatlı dövlət və qeyri-dövlət nümayəndələri iştirak edib.

Qadın və kişilərin iştirak etdiyi müxtəlif müəssisə, vəzifə, yaş, yaşadıqları ərazidəkı mövqeyəyə malik olan iştirakçılarla aparılan bu müzakirələrdə, yerlərdə məişət zorakılığı hallarının artma səbəbləri, son günlər artmaqda davam edən kişilərin zokakılığının səbəbləri və həlli yolları, bəzən ətraf və əlaqədar orqanların baş verən məişət zorakılığı hallarına olan etinasızlığı və bu halların qarşısının alınmasında fikir mübadiləsi aparılıb.

Maraqlı və ziddiyətli fikir mübadiləsi zamanı iştirakçılar daha geniş kütləni əhatə edəcək maarifləndirmə işinin gücləndirməsinin vacibliyini daha çox vurğulayıblar. Ailədaxili zorakılıq halları hədəf rayonlarında hələ də "şəxsi iş, problem" kimi başa düşüldüyündən insanları bu məsələdə düşündürəcək vasitə ictimai maarifləndirmə işi və belə halların şahidi olan insanların zorakılıq edən şəxsləri qınaması, KİV də nümunəvi ailələrdən bəhs edən verlişlərin göstəriləməsi və sairə önə çəkilib.

Maarifləndirmə işinin bütün mümkün vasitələr və imkanlarla aparılması üçün layihə həmçinin gənclər, ağsaqqalar, din nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və digər icma nümayəndələrinin gücündən və dəstəyindən istifadə edəcək. Layihə çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlərdə, Tərqqi İB Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayonlardakı Ailə və Uşaqlara Dəstək Mərkəzləri ilə və yerli icra hakimiyyət orqanları ilə sıx əməkdaşlıq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə