Azərbaycanda ilk dəfə 10 gənclər təşkilatı Milli Könüllülük Akreditasiyasından keçib FOTO
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Azərbaycan Könüllülük Xidməti" proqramı çərçivəsində 10 gənclər təşkilatlarını Milli Akreditasiya Sertifikatı təqdim edib. SİA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, bir sıra gənclər təşkilatlarının sədrləri, fəal gənclər iştirak edib.
Tədbirin açılışında çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, "Azərbaycan Könüllülük Xidməti" proqramının əsas məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməkdir.
Nazir müavini qeyd edib ki, Azərbaycanda ilk dəfə regionlararası könüllü mübadilənin təşkili də məhz bu proqramın əsas məqsədlərindəndir.
AGTMŞ-ın sədri Şahin Seyidzadə isə çıxışında deyib ki, 2013-ci ilin mart ayında Avropa Könüllülük Xidməti (EVS – "European Volunteer Service") üzrə akreditasiyadan keçmiş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası elə o andan milli səviyyədə "Azərbaycan Könüllülük Xidməti" proqramını reallaşdırmağa başlayıb: "Proqramın başlanmasına Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dəstək göstərib. AKX proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq könüllülər könüllük fəaliyyəti müddətinə həyat sığortası üzrə sığortalanıb".
Daha sonra 10 gənclər təşkilatlarının rəhbərlərinə Milli Akreditasiya Sertifikatı təqdim edilib.
Mərasim əyləncəli şou-proqramla yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB