Bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə həmin ölkənin Ombudsmanının, Avropa Şurasının, Beynəlxalq Həbsxana İslahatı təşkilatının, Müstəqil Monitorinqlər Assosiasiyasının, habelə Hüquq-mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təmini üzrə Ukrayna Monitorinqlər Assosiasiyasının təşkilatçılığı ilə "Milli Preventiv Mexanizm və işgəncələrlə mübarizənin digər növləri: nailiyyətlər və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov və Müvəkkilin Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov konfransda iştirak ediblər.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Beynəlxalq qurumların, habelə Moldova, Gürcüstan, Rusiya Federasiyası və Ukrayna Respublikasının tanınmış ekspertləri çıxış edərək, bu sahədə aparılan işlərdən və təcrübədən danışıblar.
MPQ-nin rəhbəri çıxış edərək, Ombudsmanın işgəncələr əleyhinə milli preventiv mexanizm qismində gördüyü işlər, bu sahədə milli qanunvericilik, habelə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı tədbirlər, azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, sosial obyektlərə başçəkmələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verib. O, Azərbaycan MPM təcrübəsini iştirakçıların diqqətinə çatdırmış, sualları cavablandırıb.
Gəncə regional mərkəzinin rəhbəri isə regionlarda keçirilmiş başçəkmələr haqqında iştirakçıları məlumatlandırıb.
Həmçinin Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Ə. Nuriyev tədbirdə iştirak etmiş, Ombudsmanın Milli Preventiv Qrupu ilə əməkdaşlığı və İctimai Komitənin penitensiar müəssisələrində monitorinqləri barədə danışıb.
Eyni zamanda pis rəftar hallarının aradan qaldırılması sahəsində İşgəncələr əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun ratifikasiya edilməsi nəticəsində məhbusların saxlanılma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması müsbət qiymətləndirilib
Konfrans səmərəli müzakirələr və təcrübə mübadiləsi şəraitində başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB