"Milli Qəhrəmanlar Birliyi" Hafiz Məmmədova təbrik məktubu ünvanlayıb. SİA-ya verilən məlumata görə, İctimai Birliyin rəhbərliyi adından ünvanlanmış məktubda "Bakı" Futbol Klubunun prezidenti Cənab Hafiz Məmmədovun 49 yaşının tamam olması qeyd edilib: "Bu məktubu sizə ünvanlamağa məcbur edən əsas səbəb kimi, sizin Azərbaycan xalqına və dövlətçiliyinə sadiqliyiniz, öz işinizə vicdan və məsuliyyətlə yanaşmağınızdır. Sizin Bakı FK-nun prezidenti kimi İspaniyanın "Atletko", Fransanın "Lans" futbol kulublarının formaların üzərində "Azərbaycan Odlar Yurdu", indi isə "Bakı 2015" layihəsini, ən əsası isə beş yüz mindən çox erməni daşnağının yaşadığı Fransada "Lans" FK-nun sahibi olmağınız, əlavə olaraq həmin stadionun ən hündür yerində bizim qürur mənbəyimiz olan üçrəngli bayrağımızın dalğalanmasının ermənilərə göz dağı olduğunun şahidiyik".
Məktubda həmçinin deyilir: "Vətənpərvərlik o demək deyil ki, ancaq cəbhə bölgəsində mübarizə aparasan, əsası odur ki, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu Müstəqil Azərbaycanı tanıdasan, yaşadasan, həm də Prezidentimiz İlham Əliyev tərəfindən həmin siyasi kursun davamı kimi hər bir Azərbaycan vətəndaşı vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir. Budur əsl vətənpərvərlik".
Təbrik məktubunda əlavə olaraq bildirilir ki, vətənpərvər təşkilatlar olaraq sizin Qərbin aparıcı dövlətlərində Azərbaycanı laiyqincə təbliğ etdiyiniz üçün sizə öz minnətdarlığımızı bildiririk: ""Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi adından sizi "Vətənpərvərlik" diplomu ilə təltif edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB