Arif Rəhimzadə: “Bakı Şəhər Bələdiyyəsinin yaradılmasına cəmiyyət hazır olmalıdır”.
"Bakı Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı uzun müddətdir müzakirələr aparılsa da, bunun öz təsdiqini tapmaması obyektiv səbəblərdəndir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məslələr komitəsinin sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, böyük İstambul bələdiyyəsi 10-12 il bundan əvvəl yaransa da, əslində bələdiyyə onlarda keçən əsrdən fəaliyyət göstərir və rayon bələdiyyələri də var idi: "Böyük bir təsərrüfatı birdən-birə birləşdirmək və bir bələdiyyəyə vermək həqiqətən çox çətin prosesdir. Bunun üçün cəmiyyətin hazır olması gərəklidir. Bakı Şəhər Bələdiyyəsinin yaradılmasına cəmiyyət hazır olmalıdır".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB