“Bu, biabırçı Milli Şuranın siyasi səhnədən silinməsinə gətirib çıxaracaq”

“Bu, biabırçı Milli Şuranın siyasi səhnədən silinməsinə gətirib çıxaracaq”

"Milli Şurada baş verənlər gözlənilən idi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Milli Şuranın son sessiyasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

Aydın Hüseynov əlavə edib ki, müsavatçıların təkidi ilə sədrlikdən istefa verən Rüstəm İbrahimbəyov AXCP-nin təkidi ilə qurumda "fəxri sədr" kimi saxlanıldı: "Bu yığıncaq da əsasən Müsavat–AXCP qarşıdurması ilə yadda qaldı. Müsavatçılar AXCP-nin iddiasının reallaşmasını həzm edə bilmirlər və Milli Şuranı tərk edəcəkləri ilə digər "müttəfiqləri"ni təhdid edirlər. Fikrimcə bu biabırçı durum onsuz da əvvəlcədən uğursuz addım olan Milli Şuranın ümumiyyətlə siyasi səhnədən silinməsinə gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə