Arif Rəhimzadə: “Pilot layihələr yaradılmalıdır”

"Mənzil istismar sahələrinin bələdiyyələrə verilməsi məsələsi hələ ki planlaşdırılmamış qalır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, "Mənzil Məcələsi" artıq qəbul olunub: "Əslində mənzil istismar sahələrini fəaliyyəti dəqiq bölüşdürülüb və bu məsələdə ən böyük rol insanların ictimai fəaliyyəti ilə birbaşa bağlıdır. Belə ki, bir çox məsələləri insanlar öz üzərlərinə götürməlidirlər. "Mənzil Məcəlləsi"ndə də nəzərdə tututlur ki, mənzillərin idarə edilməsi, onun lazımi vəziyyətdə saxlanılması, təmiri və digər məsələləri insanlar özləri hər hansısa bir formada yoluna qoymalıdırlar. Əslində, qanunvericilik bazası yaradılıb. İndi əsas məsələ qalıb insanların fəallığına. Düşünürəm ki, insanların fəallığı üçün müəyyən izahat işi aparmaq lazımdır".

Millət vəkili deyib ki, Bakı şəhərində 80-90 faiz yaşayış evlərinin xüsusi mülkiyyət obyektlərindən ibarətdir və xüsusi mülkiyyətdə olan yaşayış evlərinin idarə olunmasını insanlar özləri müəyyənləşdirməlidir: "Bunu isə hər hansı bir təşkilat yaratmaqla və ya hər hansısa bir təşkilata müraciət etməklə məsələnin həlli istiqamətində onların payına düşən işlərin yoluna qoyulması üçün səy göstərməlidirlər. Bizim mənzil istismar sahələrinin fəaliyyətini ləğv etməyimiz düzgün olmaz. Çünki, bizim insanlar və imkanlar bu işə tam hazır deyil. Hesab edirəm ki, bir neçə rayonda və bir neçə şəhərdə pilot layihələr yaradılmalıdır".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə