Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun gənc alimi Çexiya Respublikası Elmlər Akademiyasında (ÇREA) təcrübə keçib. İnstitutdan SİA-ya verilən məlumata görə, Protistologiya laboratoriyasının doktorantı Türkan Qurbanova 25 günlük ezamiyyət müddətində ÇREA-nın Parazitologiya İnstitutunun Parazitlərin Molekulyar Filogenesiyası və Təkamülü laboratoriyasında tətbiq olunan yeni metodlara yiyələnib.
Ezamiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə "Birhüceyrəli ibtidai parazitlər olan koksidilərin növ tərkibinin müasir molekulyar metodlarla (DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası) təyin edilməsinin öyrənilməsi" adlı layihəsi çərçivəsində həyata keçirilib. T.Qurbanova təcrübəni Bakıdan apardığı nümunələr üzərində aparıb. Gənc tədqiqatçı qeyd edir ki, müasir molekulyar metodlara aid olan DNT amplifikasiyası, PZR və DNT sekvinasiyası Azərbaycanda protistologiya sahəsində ilk dəfə tətbiq olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB