Vaqif Əsədov: “Cərimələr nizam-intizamı gücləndirir və xəta törədənlərin sayını azaldır"
"Milli Məclisin dünən keçirilən iclasında İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Yeni dəyişikliyə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, insanlara açıq formada hörmətsizlik edən, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulan nəqliyyat vasitələrinin sahiblərinin idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, onlar 50 manatdan 750 manatadək cərimə ediləcəklər". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, cərimələrin artırılması bütün sürücülərin daha az qanun pozmasına gətirib çıxaracaq: "Belə ki, təhlükəsizlik kəmərindən istifadə edilməsi 5-20 manat həcmində idisə, cərimələr artırıldıqdan sonra bu məbləğ 40 manat təşkil edir. Beləliklə, cərimələrin artırılması avtomobil sürücülərinə müsbət təsir göstərir. Bu zaman həmin sürücülər qayda-qanuna daha ciddi riayət edirlər. Nəzərə alaq ki, bir gün ərzində avtomobil idarə edənlərin təxminən 30-35 faizi öz istəkləri ilə təhlükəsizlik kəmərindən istifadə edir".
Vaqif Əsədov bildirib ki, sərxoş vəziyyətdə avtomobili idarə edənlərin cəza növü əvvəlki qaydalara əsasən indi daha da sərtləşib: "Müşahidə etsək görərik ki, sərxoş vəziyyətdə avtomobil idarə edənlərin sayını azaldıb. Həmçinin, avtomobil idarə edən zaman əldə mobil telefon saxlamaq, ondan istifadə etmək qaydaların pozulması deməkdir. Ötən il bu cəzalar 15-20 manat idisə, indi bu cəzalar 50 manatdır. Ümumiyyətlə, tətbiq edilən nizam-intizam qaydalarının sərtləşdirilməsi cəmiyyətə yaxşı təsir göstərir. Bu hal isə nizam-intizamı gücləndirir və xəta törədənlərin sayını azaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB