Müxtəlif internet saytlarında "Lənkəran sakinləri aksiya keçirdi" başlıqlı yazılar dərc olunub. Həmin məqalələrdə göstərilir ki, guya Lənkəran rayonunun Liman qəsəbəsində yanacağın qiymətinin artması səbəbindən 150-yə qədər sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. Hətta bir neçə jurnalistin saxlanıldığı barədə uydurma informasiya da verilib.
SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Lənkəran rayonunun Liman Şəhər İcra nümayəndəliyi ilə əlaqə saxlayıb. İcra nümayəndəliyindən bildiriblər ki, yanacağın qiymətinin dəyişməsi ilə bağlı nə Lənkəran şəhərində, nə də Liman şəhərində heç bir aksiya keçirilməyib: "İkincisi, Liman qəsəbə yox, şəhərdir. Yazıya əlavə olunmuş şəkil də saxtadır, şəkildəkilər Liman şəhərinin sakinləri deyil. Biz bu cür yazıları ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi hesab edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB