Ümumdünya Əlillər günü Şabranda qeyd olunub

3 dekabr - Ümumdünya Əlillər günü Şabranda da qeyd olunub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əlillərə göstərilən dövlət qayğısından söz açılıb. Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev bildirib ki, hazırda rayonda üç mindən çox əlil yaşayır: "Onlardan 62 nəfəri Qarabağ müharibəsində, 12-nəfəri isə Çernobl qəzasında sağlamlığını itirib. Əlillərin sosial müdafiəsi, mənzil, avtomobil və əlil arabaları ilə təmin edilməsi məqsədilə vaxtaşırı olaraq müvafiq tədbirlər həyata keçirilir".

Qeyd edək ki, tədbirdə qarşıdakı 2014-cü ildə əlillər üçün Şabranda yeni çoxmənzilli yaşayış binasının inşasının başlanacağı da vurğulanıb. Daha sonra əlillərə ərzaq sovqatı paylanıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə