Gənclər Fondu Lənkəranda

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Cəbiyeva Aysel tərəfindən gənclərin tibbi baxımdan məlumatlandırılması, ilkin tibbi yardım qaydalarına yiyələnməsi, zərərli vərdişlər və narkotik xassəli maddələr haqqında maarifləndirilməsi məqsədilə həyata keçirilən "Sağlam olaq" tibbi layihəsi öz işini başa vurub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində Lənkəran şəhər 10 saylı, 6 saylı, 3 saylı orta məktəblərində, Lənkəran rayon Şilavar kənd orta məktəbində və Lənkəran Dövlət Humanitar Kollecində ilkin tibbi yardım göstərilməsi qaydaları haqqında seminarlar keçirilib, o cümlədən, tibbi seminarların davamı kimi dövrümuzun bəlası olan narkomaniya haqqında məktəblilərlə söhbətlər aparılıb, yeniyetmə və gənclərə narkotik maddələrin fiziki və ictimai baxımdan törətdiyi fəsadlar, QİÇS və s. xəstəliklər haqqında maarifləndirici məlumatlar verilib.

Layihənin icraçısı Cəbiyeva Ayselin sözlərinə görə, layihə çərçivəsində həyata keçirilən seminarlar şagird və tələbələr tərəfindən maraqla qarşılanmış, onlar təlimçilərə mövzularla əlaqədar müxtəlif suallar vermiş, seminarların aparılmasında fəallıq göstəriblər.

Seminarlar yekunlaşdıqdan sonra gənclərə tibbi məlumatları praktiki cəhətdən öyrətmək üçün Lənkəran rayonu ərazisində praktiki təlimlər keçirilib. Ümumilikdə layihədən 350 nəfərə yaxın gənc yararlanıb.

Sağlam olaq tibbi layihəsi 01 oktyabr tarixindən 01 dekabr 2013-cü il tarixədək davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə