Yeni il ərəfəsində bulvar ərazisində bir çox yeniliklər olacaq AÇIQLAMA
"Hər il olduğu kimi bu ildə yeni il ərəfəsində bulvar ərazisində yeniliklər olacaq". Bu sözləri SİA-ya Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsinin rəsi müavini Nazim Məcidov açıqlaması zamanı deyib.
O bildirib ki, yeni il ərəfəsində bulvar ərazisində 15 yerdə şam ağacı qoyulacaq ki, bu da ötən illə müqayisədə çoxluq təşkil edir: "Bu il təzə bulvar ərazisində də şam ağacları qoyulacaq. Şam ağaclarının yanında hər il olduğu kimi, qar qızı və şaxta baba da dayanacaq. Bulvar İdarəsi şaxta baba və qar qızların seçilməsi ilə bağlı müsabiqə elan ediləcək. Müsabiqəyə dekabrın 15-20 arasında start veriləcək. Yaş həddi 18-35 yaş arasında olan insanlar müsabiqədə iştirak edə biləcəklər".
Bulvar ərazisində quraşdırılacaq yeni atraksionlara gəlincə, rəis müavini bildirib ki, yeni il ərəfəsində bir yeni atraksion quraşdırılacaq: "Hazırda təzə bulvarda bir yeni atraksion tikilir. Ayın sonunda onun açılışı da gözlənilir. Bundan əlavə, yeni il ərəfəsində və bayramla əlaqədar qeyri-iş günlərində bulvar ərazisində bir çox yeniliklər də olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB