QHT-lərə maliyyə ayrılması müsabiqəsində dəyişikliklər edilib AÇIQLAMA

QHT-lərə maliyyə ayrılması müsabiqəsində dəyişikliklər edilib AÇIQLAMA

"QHT-lərə dövlət Dəsətəyi Şurasının 2014-cü il üçün elan etdiyi maliyyə müsabiqəsinə müəyyən dəyişikliklər edilib". Bu barədə SİA-ya Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud açıqlama verərkən deyib. O bildirib ki, müsabiqəyə edilən dəyişiklilərdən biri mövzularla bağlıdır.

Onun sözlərinə görə, əvvəlki müsabiqələrdə mövzular ümumi qoyulurdusa, budəfəki müsabiqədə mövzular ayrı-ayrı seqmentlər üzrə bölünüb: "Bu, QHT-lərin daha konkret sahə üzrə layihə təqdim etməsinə və ixtisaslaşmasına şərait yaradacaq. Budəfəki müsabiqədə digər dəyişiklik ondan ibarətdir ki, layihə təqdim edəcək QHT-lərin ərizə formasına Ədliyyə Nazirliyindən dövlət reysterindən çıxarış da əlavə olunacaq. Bu da onunla bağlıdır ki, bəzi QHT-lər Şuraya layihə təqdim edirlər, lakin illərlə həmin QHT-lər yığıncaq etmir, rəhbərliyin kimliyi bəlli olmur. Təşkilat rəhbərlərinin adı hər il dəyişir. Ümumi məsləhətləşmədən sonra Şura qərara aldı ki, layihə təqdim edən təşkilatlar sözügedən sənədi də ərizə formasına daxil etsinlər".

Mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, müsabiqədə 40-a yaxın mövzu öz əksini tapıb və hər bir QHT sərbəst mövzular üzrə öz layihələrini təqdim edə bilərlər.

Layihələrin maliyyəşəməsinə gəlincə E. Behbud qeyd edib ki, hazırda konkret rəqəmlərlə bağlı nəsə söyləmək mümkün deyil: "Bildiyiniz kimi, Şuraya maliyyə dövlət büdcəsindən ayrılır. Təşkilatlar arasında bölünmə onların layihələrinin mövzularından asılı olacaq. Belə ki, təşkilatlar öz layihələrini təqdim etdikdən sonra ekspertlər tərəfindən dəyərləndiriləcək. Bundan sonra Şura hansı təşkilata nə qədər maliyyə ayrılmasını müəyyənləşdirəcək. Müsabiqənin son tarixi dekabrın 25-ə qədərdir. Nəticələr isə layihələrin kəmiyyətindən asılı olacaq. Nəticələrin gələn ilin mart ayına qədər uzanması mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə