Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "Gənclərin Töhfəsi" İctimai Birliyi ilə birgə "1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə günü" münasibəti ilə maarifləndirici aksiya həyata keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya zamanı Sahil bağında və şəhərin müxtəlif yerlərində əhali arasında AİDS və HİV- lə bağlı minə yaxın bukletlər paylanılıb.
Tədbirin əsas məqsədi gənclərin diqqətini problemə cəlb etmək və problem ətrafında məlumat bazası yaratmaq idi.
Qeyd edək ki, Azərbaycanda "QİÇS haqqında" qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib.Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB