Bu gün Beynəlxalq Əlillər günüdür

Bu gün Beynəlxalq Əlillər günüdür. SİA-nın məlumatına görə, 1982-ci ildə Baş Məclis tərəfindən qəbul edilən əlillərə münasibətdə Ümumdünya hərəkət proqramında xüsusi təkliflər göstərilib.

Bundan sonra Beynəlxalq Əlillər Günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.

Hər il keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə