“Biz Azərbaycanlıyıq” gənclərin yaradıcılıq müsabiqəsi layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Biz Azərbaycanlıyıq” gənclərin yaradıcılıq müsabiqəsi layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Biz Azərbaycanlıyıq" gənclərin yaradıcılıq müsabiqəsi layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə layihədə iştirak edən 25 nəfər gənc Milli Azərbaycan Tarixi Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ziyarət ediblər.

Ziyarət zamanı gənclər Azərbaycan tarixinin qədim, orta əsr və müasir dövrünü əks etdirən eksponatlarla tanış olub, xeyriyyəçi milyonçu H.Z.Tağıyevin evində saxlanılan tarixi əşyalarla tanış olublar, onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Layihə rəhbəri Sərraf Hüseynov bildirib ki, layihə müasir dünyamızda öz yeri və rolu olan Azərbaycanı hazırki zirvəyə ucaldan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsinin gənclər arasından təbliğinə və Azərbaycan tarixinin gəncliyimizə daha dərindən öyrədilməsinə xidmət edir: "Layihənin əsas ideyası gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək olmaq və bunun üçün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələrək Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq Məfkurəsini gənclər arasında təbliğ etməkdir.

Layihə çərçivəsində Azərbaycançılıq məfkurəsinin vacibliyini, onun müstəqil dövlətimizin inkişafında rolunu ifadə edəcək videorolik və bukletlər hazırlanıb. Bu vəsaitlər yaxın zamanda gənclərimizə paylanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə