“Onlara Azərbaycan paytaxtını göstərmək lazımdır”

“Onlara Azərbaycan paytaxtını göstərmək lazımdır”

Rusiya İdman Rəqsləri İttifaqı (RİRİ) Azərbaycan ilə birgə layihələr hazırlayır.

Bu barədə Rusiyanın Xalq Rəssamı Valentin Yudaşkin bildirib. RİRİ-nin prezidentinin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan ilə birgə layihələr təqdim olunacaq.

Dəfələrlə Azərbaycanda olduğunu vurğulayan V.Yudaşkin deyib: "Azərbaycanda son 10 ildə görülən işlər adamı heyran qoyur. Bakını görməyənlərə bu qeyri-adi şəhər haqqında danışmaq, onlara Azərbaycan paytaxtını göstərmək lazımdır. Bakı özünəməxsus rəng çalarlarına, mədəniyyətə məxsus bir şəhərdir. Burada qədimlik müasirliklə harmoniya təşkil edir. Avropa memarlarının layihələri əsasında tikilən yeni binalar isə olduqca heyrətamizdir. Bakıda dənizkənarı bulvar, insanlar, mətbəx, bir sözlə hər şey göz oxşayır. Azərbaycan və Bakı haqqında çox danışmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə