Rəhbərlik sizə qarşı çox tələbkardır, səhvlərinizi göydə tutur ULDUZLARIN PROQNOZU

Rəhbərlik sizə qarşı çox tələbkardır, səhvlərinizi göydə tutur ULDUZLARIN PROQNOZU

QOÇLAR necə hərəkət edəcəklərini bilmirlər. Riskli addımlar böyük ziyan verər, ləngimə isə uğuru qaçıra bilər. Vəziyyətə praqmatik yanaşmalısınız. Tələsmədən şəraitə uyğun hərəkət etməlisiniz.

BUĞALAR bu həftə öz tərəfdaşlarını dinləməlidirlər. Biznesinizi çətin sınaqlar gözləyir. Ona görə də iş adamlarının məsləhətlərini dinləmək faydalıdır. Amma başqalarını dinləsəniz də, biznesinizi öz bildiyiniz kimi qurmalısınız.

ƏKİZLƏR üçün bu həftə müxtəlif hadisələrlə zəngin olacaqdır. Həftənin əvvəlində maliyyə durumunuz yaxşılaşacaqdır. Pullarınızı düzgün yatırsanız, sərvətinizi artıracaqsınız. Lakin maliyyə uğurlarınız iş yoldaşlarınızda paxıllıq hissi oyadacaq. Ona görə də sevincinizi ehtiyatla bölüşməlisiniz. Ətrafda mələk simalı o qədər şeytan var ki.

XƏRÇƏNGLƏRİN işdə bəxti gətirmir. Rəhbərlik sizə qarşı çox tələbkardır, səhvlərinizi göydə tutur. Lakin iş yoldaşlarınız dar gündə köməyinizə tələsirlər. Güc birlikdədir. İşdəki çəkişmələri unudub istirahət günlərini ailənizlə birlikdə keçirməlisiniz.

ŞİRLƏRƏ bu həftə müqavilələr imzalamaq məsləhət görülmür. Siz çox möhkəm uduza bilərsiniz. İşdə diqqətli olun. Səhvə yol verməyin. Səhvləriniz göz qabağında olacaqdır. Həmkarlarınız arasında ciddi rəqibləriniz var. Onlar işinizə mane olmağa çalışacaqlar.

QIZLAR üçün bu həftə bir qədər çətin olacaqdır. Gördüyünüz işi mütləq yoxlayın. Hər halda bu, başqasının səhvinizi tutmasından daha yaxşıdır. Məqsədə aparan yolunuzu müxtəlif maneələr kəsəcəkdir. Həmişə yanınızda olan adamlar bu dəfə sizdən üz döndərə bilər.

Kollektiv iş TƏRƏZİLƏRƏ onların imkanlarının həddini göstərəcəkdir. Digər tərəfdən əlinizə elə bir fürsət düşəcək ki, səy və potensialınızı birləşdirməyə imkan verəcəkdir. Təcrübənizi artırmaq üçün vəziyyəti əsaslı şəkildə öyrənməlisiniz.

ƏQRƏBLƏR təcrübələrini gənclərlə bölüşmək üçün pedaqoji bacarıq nümayiş etdirməlidirlər. Bu əlavə iş rəhbərlik tərəfindən mükafatlandırılacaqdır. Üstəlik, kadr hazırlayarkən özünüz də yeni nə isə öyrənə bilərsiniz.

Ay OXATANLARA bol enerji bəxş edəcəkdir. Problemlərinizi həll etmək üçün səbirli, təmkinli və əzmkar olun. Onda bütün bağlı qapılar taybatay açılacaqdır.

OĞLAQLAR məqsədlərinə çatmaq üçün prioritetlərini düzgün seçməlidirlər. Gücünüzü əsas məsələlərin həllinə yönəldin. Strateji layihələr barədə düşünün.

DOLÇALARIN dostların və həmkarların köməyinə ehtiyacı olacaq. Çəkinmədən onlardan kömək istəyə bilərsiniz. Sizi meydanda tək qoymayacaqlar, etibarınıza inanırlar. Ay sizə sakitləşdirici təsir göstərəcək, münaqişələri yoluna qoymağa kömək edəcək, gərgin anlarda özünüzü ələ almağa kömək edəcəkdir.

BALIQLAR bu həftə ən böyük ambisiyalarını həyata keçirə biləcəklər. Uğur qazanmaq üçün bütün intellektual və mənəvi gücünüzü işə salıb mükəmməl strategiya qurmalısınız. Amma istirahət etməyi və işinizi düzgün qurmağı unutmamaq şərti ilə.

Bütün xəbərlər Facebook səhifəmizdə