Bu həftə ulduzlar nəyi vəd edir?

Bu həftə ulduzlar nəyi vəd edir?

OĞLAQLAR bu həftə diqqət mərkəzində olacaqlar. Buna görə yaxınlarınızda bir balaca qısqanclıq hissi yaranacaq. Narahat olmayın. Problemləriniz əlüstü həll olunacaq. İşgüzar qərarlar qəbul etməlisiniz. Amma yeni işin qulpundan yapışmamışdan əvvəl işinizi ehtiyatlı tutun, məlumatları bir daha incələməyi unutmayın.

DOLÇALAR üçün çox səmərəli həftə olacaqdır. Etibarlı tərəfdaşlarla əlbir hərəkət etməlisiniz. Bəzi təşkilati problemlər ortaya çıxa bilər. Onları həll etmək elə də çətin olmayacaq. Həmkarlarınızla münasibətləriniz yaxşı olsa, professional sahədə müsbət nəticələrə nail ola bilərsiniz.

BALIQLAR emosiyalarına nəzarət etməlidirlər. Özünüzü zəif göstərməyə çalışmayın, mütəşəkkil olun və hesab edin ki, müvəffəqiyyəti qatlayıb cibinizə qoymusunuz Maliyyə durumunuz sabitdir. Sizi şirnikləndirməyə çalışacaqlar. Küyə gedib heç nəyə sərmayə yatırmayın. Əli aşından da olarsınız, Vəli aşından da.

QOÇLAR baş qaçırmağa çalışdıqları köhnə problemləri birdəfəlik həll edəcəklər. Yaranmış vəziyyətdə işləriniz yüksək keyfiyyətli asfalt yol kimi hamar olacaqdır. İmkan daxilində fikrinizi işiniz və yeni ideyalarınız üzərində cəmləşdirin. Hadisələrin uğurlu gedişatı sayəsində düşündüklərinizi minimum səylə həyata keçirəcəksiniz.

BUĞALARIN ünsiyyət çevrəsini dəyişəcəklər. Maraqlı və faydalı həmsöhbətlər tapacaqsınız. İşgüzar danışıqlar çox uğurlu olacaqdır. Lakin hər hansı bir sənədi imzalamamışdan əvvəl orada yazılanları bir daha gözdən keçirməlisiniz. İnanmaq yaxşı şeydir, amma gələcəkdə xoşagəlməz hallarla üzləşməmək üçün ayıq-sayıq olmalısınız.

ƏKİZLƏR ən ağlasığmaz ideyalarını həyata keçirəcəklər. Yalnız uğurlu məqam seçmək qalır. Nikbin olun, özünüzə inam hissini itirməyin. İnamla məqsədə doğru gedin. Cəsarətlə dostlarınızdan kömək istəyə bilərsiniz. Onlar mütləq sizi çətin vəziyyətdən çıxaracaqlar. Maliyyə durumunuz kifayət qədər sabitdir.

XƏRÇƏNGLƏR ötən günlərin "zir-zibilini" təmizləməlidirlər. Bunu indi etməsəniz, gələcəkdə çıxılmaz vəziyyətə düşə bilərsiniz. Münaqişə etməyin. Unutmayın ki, dağdan keçmək üçün ona çıxmağa ehtiyac yoxdur. Dövrə vurub yolunuza rahat davam edə bilərsiniz. İstirahət günlərini yaxınlarınızla keçirin. Dincəlmək üçün ən yaxşı yer dost məclisidir.

ŞİRLƏR cəsarətlə yeni layihələrin icrasına başlaya bilərlər. Əzmlə hərəkət etsəniz mütləq uğur qazanacaqsınız. Sakit və təmkinli olmağınız plan və ideyalarınıza yaşıl işıq yanacaqdır. Yalnız zəhmətinizin bəhrəsini görmək üçün səbirli olmalısınız.

QIZLAR yavaş-yavaş, təmkinlə hərəkət etməlidirlər. Lazımlı informasiyanı əldən verməsəniz kapitalınızı xeyli artıracaqsınız. Uzunmüddətli planlar qurmaq üçün əlverişli dövrdür. Yaxınlarınız məqsədinizə çatmağınıza kömək edəcəklər.

TƏRƏZİLƏR lazımsız şübhələrdən yaxa qurtarmağa çalışmalıdırlar. Yoxsa daxili müqavimətinizi qırmaq bir o qədər də asan olmayacaqdır. Çox iş görmək üçün planlı şəkildə hərəkət etməlisiniz. Yaxşı olar, yeni layihəyə ailə üzvlərinizdən birini cəlb edəsiniz. İdeyalarınızı onlardan yaxşı qəbul edən olmayacaqdır.

ƏQRƏBLƏR məsələlərini həll edərkən nəzakətli və tədbirli olmalıdırlar. İşdə rəhbərliyin damarını tutmağa çalışın. Bu mövqeyinizi möhkəmləndirməyə kömək edər. Yeni işgüzar və faydalı əlaqələr qura biləcəksiniz.

OXATANLARA tələsmədən hərəkət etməlidirlər. Rəhbərlik əhəmiyyətli bir layihəni sizə etibar edəcək. Siz də bu vəzifənin öhdəsindən məharətlə gələcəksiniz. Onda onsuz da böyük olan nüfuzunuz daha yüksəklərə ucalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə