Arnold Şvartsenegger ilk dəfə Azərbaycana səfər edəcək

Arnold Şvartsenegger ilk dəfə Azərbaycana səfər edəcək

Zəmanəmizin ən tanınmış adamlarından biri Arnold Şvartsenegger "Hər şey yadımdadır" mövzusunda ustad dərsi keçmək üçün 2014-cü ilin fevralında ilk dəfə Bakıya səfər edəcək.

Arnold Şvartseneggerin Bakıya səfəri "Successful Strategies" şirkətinin dəvəti ilə baş tutacaq.

Arnold Şvartseneggerin qeyri-adi həyat hekayəsi var. O, aclıq illərində Avstriyada kiçik bir şəhərcikdə polis ailəsində dünyaya göz açıb. Əslində, onun elə bir parlaq perspektivi yox idi. Buna baxmayaraq, 0, 21 yaşında artıq Los-Ancelesdə yaşayır və "Kainatın kişisi" adını daşıyır. Beş il ərzində ingilis dilini mükəmməl öyrənən Arnold dünyanın ən möhtəşəm bodibilderi statusunu qazanır.

Daha sonra universitet təhsili alan Arnold 10 il ərzində həm biznesmen, həm də idmançı kimi milyonların sahibi olur. 20 il keçəndən sonra ən məşhur kino ulduzuna çevrilən Şvartsenegger Kennedi ailəsi ilə qohum olur. Amerikaya gəlişindən 36 il sonra o, dünyanın 8-ci iqtisadiyyatı olan Kaliforniya ştatının qubernatoru seçilir.

Bütün bu deyilənlər əfsanəvi Arnold Şvartsenegger barədədir. Elə Bakıda keçirəcəyi ustad dərsində də o, bütün bunları xatırlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə