Bəylər Nəcəfov: “Gəncə Beynalxalq Hava limanından uçuşlar normal qaydada davam edir”
Ötən gün Gəncə şəhər Baş Polis İdarəsinə şəhər Beynəlxalq Hava limanına bomba qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, məsələyə Gəncə Beynəlxalq hava limanının direktoru Bəylər Nəcəfov münasibət bildirib. Onun sözlərinə görə hazırda aeroport öz fəaliyyətini tam gücü ilə davam etdirir: "Məlum hadisələrə görə biz hüquq mühafizə orqanlarına məlumat verdik. Bundan sonra Daxili qoşunların və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri dəvət olundu. Gecə saat 02:30-da daxili qoşunların əməkdaşları bizə təmizlik akt verdi. Bundan sonra biz aeroport kompleksini açıq elan etdik. Hazırda bütün uçuşlar öz axarı ilə gedir. Yəni heç bir ləngimə və gecikmə yoxdur. Bunlar hamısı xəstə bir insanın əməlidir. Ona görə də heç bir ajotaja əsas yoxdur. Məlum hadisədən sonra Gəncə Beynəlxalq Hava limanında təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Belə ki, hava limanına daxil olan hər bir şəxs tam yoxlanıldıqdan sonra hərəkətinə icazə verilir".
Qeyd edək ki polisə yanlış məlumat verən şəxs 32 yaşlı Anar Həsənovdur. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yalan məlumat verən şəxsin saxlanılması hələlik, mümkün olmayıb. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB