“Öz Sözümüz” və “İctimai Davranış Qaydaları” layihlərinin təqdimatları keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGTİ) təşkilati dəstəyi ilə həyata keçirilən "Öz Sözümüz" və "İctimai Davranış Qaydaları" adlı fərdi layihələrinin təqdimatları baş tutub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri ATGTİ-nin sədri Şahin İsmayilov açaraq hər iki layihənin tələbə-gənclərin marağına səbəb olacağını qeyd edib. O bildirib ki, ATGTİ hər zaman Gənclər Fonduna verilən fərdi layihələrə təşkilati dəstək göstərməyə hazırdır.

Daha sonra Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov çıxış edərək fərdi layihələrin dəstəklənməsinin Gənclər Fondunun prespektiv sahəsi olduğunu qeyd edib.

Nəzərinizə çatdırırıq ki, "Öz Sözümüz" layihənin əsas məqsədi dilimizdə az istifadə olunan sözlərin təbliği, xarici sözlərin istifadəsinin mümükün qədər azaltmaqdır. "İctimai Davranış Qaydaları" layihlərinin məqsədi isə gənclərin ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində həmçinində sosial şəbəkələrdə ictiai davranış qaydalarına əməl olunmasının təbliğidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...