Sabah hava şəraiti dəyişəcək, temperatur enəcək

Sabah hava şəraiti dəyişəcək, temperatur enəcək

Sabah Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya bildiriblər ki, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə