Dövlət Yol Polisi (DYP) əməkdaşları Ağstafa rayonunda reyd keçirib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, reyd zamanı məlum olub ki, Bakı-Qazax magistral yolunda yol hərəkəti qaydalarını pozan sürücülərin sayı kifayət qədərdir. Təxminən 1 saat ərzində 20-ə yaxın yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilib. Avtomobillərini sənədsiz idarə edən, eləcə də içkili halda sükan arxasına oturan sürücülərin sayı xüsusi ilə diqqət çəkib.
Qeyd edək ki, Ağstafa rayon DYP-si İdarəsindən verilən məlumatda bildirilir ki, reydlər bundan sonrada davam etdiriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB