Gürcüstanda yaşayan gənclərlə görüş keçirilib

Gürcüstanda yaşayan gənclərlə görüş keçirilib

ASAIF-in Gürcüstanda təhsil alan tələbələrlə görüş keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş həmyerlilərimizin təşkil etdiyi Marneuli şəhərində baş tutub. Görüşdə yüzlərlə gənc iştirak edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən yüzlərlə gənclə görüşündə təşkilatın sədri Ramin Həkimov xaricdə təhsil, dünyanın ən yaxşı universitetlərində tələbə həyatı yaşamaqla bağlı, dövlət proqramının uğurları, gənclərin diaspora və lobbiçilik fəaliyyətindən, xüsusilə onların motivasiya hisslərinin güclənməsi ilə bağlı çıxış edib və bundan sonrakı dövr üçün Gürcüstandakı gənclərlə birlikdə əməkdaşlıqdan, birgə töhvədən söz açıb.

Görüş zamanı Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) ilə ASAİF arasında birgə əməkdaşlıqla bağlı Memorandum imzalanıb.

Daha sonra nə, necə, harada? İntellektul oyunu keçirilib və qaliblər mükfatlandırılıblar.

Görüşün sonunda isə həmyerlilərimizlə xatirə fotosu çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə