Tələbələr arasında "Gənc neftçilər", "Tibbi biliklər", "İqtisadi biliklər", "Tarix" və "Psixologiya" mövzularında keçiriləcək olimpiadalara qeydiyyat başlanıb. SİA-nın məlumatına görə. layihə Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə baş tutub.
Tələbələrarası I İqtisadi Biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT), Tələbələrarası I Tarix Olimpiadası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının TGT-si, Tələbələrarası I Psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT-si, Tələbələrarası I Tibbi Biliklər Olimpiadası Azərbaycan Tibb Universitetinin TGT-si, "Gənc Neftçilər" Tələbələrarası I Bilik Olimpiadası isə Bakı Ali Neft Məktəbi TGT-sinin təşəbbüsü ilə həyata keçiriləcək.
Olimpiadaların keçirilməsində əsas məqsəd tələbələrin biliklərinin dərinləşdirilməsi, müxtəlif ixtisaslı tələbələrin digər sahələrə marağının artırılması və ümumi dünya görüşlərinin zənginləşdirilməsidir.
Qeyd edək ki, olimpiadalarda iştirakçı olmaq istəyən tələbələr ixtisasından asılı olmayaraq, atgti.az saytına daxil ola və müvafiq qaydada qeydiyyatdan keçə bilərlər.
Olimpiadalarda ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB