Gənclər "Tütünə Yox!" kampaniyasına qoşuldular

"Sağlam Düşüncə" Gənclər Təşkilatı "Tütünə yox!" Sağlam Həyat tərzinin təbliği kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclər Düşərgəsi təşkil edib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəki şəhərində Azərbaycanın müxtəlif regionlarından olan gənclərin iştirakı ilə 5 günlük Gənclər Düşərgəsi keçirilib. Gənclər Düşərgəsinin iştirakçılarına zərərli vərdişlərin insana və cəmiyyətə təsiri haqqında təlim proqramı təşkil edilib.Təlim proqramı 3 istiqamətdə, (məlumatlandırma, psixoloji və PR alətləri ilə işləmək) aparılıb. Gənclər Düşərgəsinin iştirakçıları gənclər arasında tütünün zərərləri haqqında məlumatlar yayacaq, info-sessiyalar və seminarlar təşkil edəcəklər.

Gənclər Düşərgəsinin əsas məqsədi gənclər arasında "Tütünə Yox!" Sağlam Həyat tərzinin təbliği kampaniyasında gənclərin iştirakçılığını artırmaq və onların resurslarından kampaniyanın daha da genişlənməsində istifadə etməkdir.

Qeyd edək ki, 2009-ci ildən etibarən başladılan kampaniyanın əsas məqsədi gənclər arasında passiv siqaretçəkmə haqqında maarifləndirmə işinin təşkil etmək və gənclərin vasitəsi ilə cəmiyyətdə anti-nikotin ideoloqiyasını gücləndirməkdir. Eyni zamanda tütünlə mübarizə sahəsində maraqlı tərəflərin birgə işini təşkil etməkdir. Kampaniya çərçivəsində mütəmadi olaraq ikincili siqaret çəkmənin zərərləri haqqında seminarlar və təlimlər, velo-yürüşlər və mədəni-kütləvi tədbirlə təşkil edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...