Gəncə Beynəlxalq Hava Limanına partlayıcı maddə qoyulması barədə xəbər yalan çıxıb YENİLƏNİB
Gəncə Beynəlxalq Hava Limanına partlayıcı maddə qoyulması barədə xəbər yalan çıxıb.
SİA-nın məlumatına görə, limanın bütün ərazisi Daxili Qoşunların minatəmizləmə qrupu tərəfindən yoxlanılıb və heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanında bomba qoyulması barədə məlumat daxil olub.
Xatırladaq ki, ötən gün Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub. Xəbərə görə, aeroportda partlayıcının olması barədə polisə zəng edib məlumat verən şəxs öz şəxsiyyətini də açıqlayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aeroportun ərazisində müvafiq təhlükəsizlik tədbirləri görür və əraziyə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB