Xarici diplomatlar bölgədə

Türkiyəli diplomatlar Yevlax rayonuna səfər ediblər. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, ilk olaraq İcra hakimiyyətinin başçısı Qoca Səmədovla görüşən qonaqlara rayonun tarixi barədə məlumatlar verilib. Dilpomatlar Azərbaycan və Türkiyə mədəniyyəti arasında böyük oxşarlıq olduğunu bildiriblər.

Səfirlik nümayəndələri özləri ilə gətirdikləri müxtəlif adda kitabları Mərkəzi Elektron Kitabxanaya təqdim ediblər. Daha sonra diplomatlar Yevlax şəhər tarix diyarşünaslıq muzeyində olublar.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə