Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin yekun konserti keçirilib TƏDBİR

Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin yekun konserti keçirilib TƏDBİR

Bu gün Gənc Tamaşacılar Teatrında Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konset keçirilib. SİA-nın məlumatına görə, konsertdə qalib gələnlə öz istedadarını nümayiş etdiriblər.

Müsabiqədə bədii yaradıcılığın müxtəlif növlərini (muğam, mahnı və romans, instrumental ifaçılıq, bəstəkarlıq, rəqs və bədii qiraət, poeziya) əhatə edən 4 nominasiya üzrə I yerə layiq görülən 8 nəfərə, II yerə layiq görülən 11 nəfərə və III yerə layiq görülən 12 nəfərə diplomalar və pul mükafatı verilib.

Eyni zamanda qaliblər istisna olmaqla, final mərhəsində iştirak edən 48 nəfər sağlamlıq imknları məhdud uşaqlara həvəsləndirici diploma və pul mükafatları, habelə mükafata layiq yer tutmayan əlillərə fərqlənmə mükafatı və təşəkürnamələr verilib.

Xatırladaq ki, "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiya Proqramı"na uyğun olaraq təşkil olunan Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış müsabiqəsinin ilkin mərhələsində Bakı, Gəncə, Naxçıvan, Mingəçevir,ş Xaçmaz, Şəki, Lənkəran və Sabirabad şəhərində ümumilikdə 524 nəfər əlil və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə zona baxış müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 134 nəfər əlil şəxs və sağlamlıq imkanları məhdud uşaq baxış müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə