"Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, dekabrın 1-də paytaxtda və yarımadada havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti olacaq.
İstirahət günü ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var: "Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB