Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK)Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə müxtəlif ictimai-siyasi institutlarda, yerli özünüidarəetmə sahəsində çalışaraq zəngin iş təcrübəsi toplayan ekspertlərdən ibarət nümayəndə heyyəti ilə rəsmi görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün əsas əhəmiyyəti Almaniyadan gələn nümayəndə heyyəti komitənin əsas vəzifələri, beynəlxalq əməkdaşlıq sahəsində təcrübəsi, qadın hüquqlarının həyata keçirilməsini təmin etmək yönündə Komitənin əsas fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaqdır.
Görüşdə həmçinin Azərbaycanda qadınların ictimai-siyasi həyatda iştirakçılığının artırılması mövzusu ilə müzakirələr aparılıb.
Tədbirdə AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq komitənin fəaliyyəti və istiqaməti sahəsindən danışıb.
Sonra çıxış edən Helene-Veber mükafatı laureatı Susanne Herveg yerli özünüidarəetmə sahəsində çalışaraq zəngin iş təcrübəsi toplayan qadınların fəaliyyətindən bəhs edib.
Helene-Veber mükafatı laureatı Zeliha Aykana qeyd edib ki, sosial qadın məsələləri üzrə qurum mövcuddur və bu orqan tərəfindən qadınlara qarşı zorakılıq statistikası aparılır, sonradan yuxarı qurumlara ötürülür.
Sonra bu mövzu ətrafında Christine Klein, Dorothea Maisch, Manuela Möllerin fikirləri də dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB