Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidi inşa olunacaq
Paytaxt Bakının Ziya Bünyadov prospektində (Dərnəgül şosesi) avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində yolun eni 50-60 metr arasında dəyişdiriləcək. Burada həmçinin yol üzərindən 4 yerüstü piyada keçidi inşa olunacaq. "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Z.Bünyadov prospekti, 3023-cü məhəllə ünvanında inşa olunan yerüstü piyada keçidinin dayaqları tikilib və keçidin pilləkənləri quraşdırılır, üzləmə işləri aparılır. Bundan başqa, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti, 118 ünvanında və Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində yerləşən piyada keçidlərinin dayaq bünövrələri qoyulub. AMEA-nın Aşqarlar Kimyası İnstitutunun yaxınlığında yerləşəcək piyada keçidinin isə tikintisi hazırlıq gedir.
Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və "Qələbə" kinoteatrı dairələrindən Böyük Şor yol qovşağına və əks istiqamətdə nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Yolun genişləndirilməsindən sonra "Xutor" dairəsindən Z.Bünyadov və Azadlıq prospektlərinin kəsişməsinədək olan hissə təxminən 12 zolaqlı, sonrakı hissə isə 10 zolaqlı olacaq. Yolun uzunluğu ümumilikdə 9 kilometrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB