“Xəmsə”nin final mərhələsi gələn ay Naxçıvanda keçiriləcək

“Xəmsə”nin final mərhələsi gələn ay Naxçıvanda keçiriləcək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Gəncliyə Yardım Fondunda yeniyetmələr arasında "Xəmsə" intellektual oyunu üzrə III Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.

BŞGİBİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Xəmsə" intellektual oyununda 15 komanda iştirak edib. Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçib, verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq, dünya görüşünü əhatə edib.

Nəticələrə görə I yeri "Zəngi" komandası Nizami rayonu, II yeri "Xəzər" komandası Yasamal rayonu, III yeri "5+1″ komandası Səbail rayonu, IV yeri isə "Proqress" Xətai rayonu tutub. Qalib komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, "Xəmsə" intellektual oyunun final mərhələsi dekabr ayında Naxçıvan şəhərində keçiriləcək. Respublika final mərhələsində Bakı şəhərindən 4 komanda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə